Kombinin yuyulmasi

Kombinin yuyulmasi istilik sisteminin düzgün işləməsi və kombinin uzun müddət problemsiz xidmət göstərməsi üçün vacib texniki prosesdir. Zamanla kombinin daxilində və radiator xətlərində pas, kir və əhəng qatları yığılır. Bu çöküntülər istilik ötürülməsini zəiflədir və məhz bu səbəbdən kombinin və kombi radiatorunun yuyulmasi istilik sisteminə qulluqda mühüm rol oynayır.

İstilik sistemində çirk yığıldıqda kombi işləsə belə radiatorlar lazımi qədər qızmır. Radiatorların alt hissəsinin isti, üst hissəsinin isə soyuq qalması çox vaxt kombi və radiatorların yuyulması prosesinin gecikdirildiyini göstərir. Bu hal kombinin daha çox qaz sərf etməsinə və tez-tez nasazlıq verməsinə səbəb olur.

Kombinin yuyulması zamanı xüsusi avadanlıq və uyğun kimyəvi məhlullar istifadə olunur. Proses yalnız kombinin daxili hissələrinin deyil, eyni zamanda kombi və radiatorların yuyulması və boru xətlərinin təmizlənməsini də əhatə edir. Nəticədə istilik sistemi yenidən balanslaşır və su dövranı normallaşır.

Mütəxəssislər kombinin ümumi texniki baxımı ilə birlikdə kombi və radiatorların yuyulmasını hər 2–3 ildən bir tövsiyə edirlər. Əgər kombi səsli işləyirsə, radiatorlar gec qızırsa və ya qaz xərcləri artıbsa, bu artıq yuma vaxtının çatdığını göstərir. Vaxtında aparılan yuma prosesi bahalı təmir xərclərinin qarşısını alır.

Temirustasi.az üzərindən siz kombinin və kombi radiatorunun yuyulmasi üzrə təcrübəli ustaları asanlıqla tapa bilərsiniz. Peşəkar ustalar tərəfindən göstərilən xidmət kombinin işini stabilləşdirir, radiatorların istilikvermə gücünü artırır və evinizin daha tez isinməsini təmin edir.

Kombinizin performansını artırmaq, istilik sistemində problemlərin qarşısını almaq və qış mövsümünə rahat hazır olmaq üçün kombinin və radiatorların yuyulması xidmətini vaxtında etdirmək ən doğru seçimdir.

Tarix:
Saat: