Su motoru ustasi

Su motoru ustasi fərdi evlərdə, bağ sahələrində, çoxmərtəbəli binalarda su sistemlərinin qurulması və bərpası həyata keçirir. Marquis, Espa, Grundfos, Wilo, Shimge, Seakoo, Lucky Pro, Bramex, Dab su nasosu markalarına uyğun diaqnostika və təmir işləri görülür.

Təcrübəli motor ustası tərəfindən nasazlıqlar qısa müddətdə müəyyən edilir. Təzyiqin zəifləməsi, motorun səsli işləməsi, suyun gec gəlməsi kimi hallar zamanı su motoru təmiri peşəkar şəkildə icra olunur. Bəzi hallarda qurğunun tam dəyişdirilməsi tələb olunur ki, bu zaman su nasosunun quraşdırılması düzgün texniki hesablamalar əsasında aparılır.

Komandamız su nasosu təmiri və hidrofor quraşdırılması xidmətləri göstərir. Hidrofor sistemlərinin sazlanması, çən təzyiqinin tənzimlənməsi, rele dəyişimi kimi işlər yerində icra edilir. Gidrafon ustasi xidməti çərçivəsində sistemin ümumi vəziyyəti yoxlanılır, ehtiyac olduqda gidrafon temiri aparılır.

İstər dərinlik nasosu, istər səthi model olsun, hər biri üçün uyğun həll təqdim edilir. Su matoru ustasi kimi fəaliyyət göstərən mütəxəssis avadanlığın texniki göstəricilərini nəzərə alaraq optimal variant seçir. Su motorunun temiri zamanı yalnız keyfiyyətli ehtiyat hissələrindən istifadə olunur.

Su təchizatı sisteminin uzunömürlü olması üçün mütəmadi texniki baxış vacibdir. Peşəkar su nasosu ustasi tərəfindən aparılan düzgün quraşdırma gələcək nasazlıqların qarşısını əhəmiyyətli dərəcədə azaldır. Temirustasi.az olaraq məqsədimiz operativ xidmət, münasib qiymət, real nəticə təqdim etməkdir.

Su nasosu haqqında məlumatlar

Su nasosu mexaniki enerji hesabına mayeni bir nöqtədən digər nöqtəyə ötürən qurğudur. Ən çox istifadə edilən növlər səthi və dalğıc (dərinlik) modelləridir. Seçim zamanı su mənbəyinin dərinliyi, tələb olunan təzyiq səviyyəsi, gündəlik sərfiyyat əsas meyarlardır.

Yanlış seçim və ya düzgün aparılmayan montaj avadanlığın tez sıradan çıxmasına səbəb olur. Buna görə quraşdırma işi ixtisaslı mütəxəssis tərəfindən icra edilməlidir. Vaxtında edilən su motoru təmiri nasosun istismar müddətini artırır, enerji sərfiyyatını minimuma endirir.

Hidrofor haqqında məlumatlar

Hidrofor sistemi su təzyiqini sabit saxlamaq üçün tətbiq olunur. Bu qurğu nasos, membranlı çən, təzyiq rele sistemi əsasında işləyir. Xüsusilə təzyiq problemi yaşanan ərazilərdə effektiv həll hesab edilir.

Düzgün hesablanmış hidrofor sistemi nasosun tez-tez işə düşməsinin qarşısını alır, boru xətlərini qoruyur, stabil su axını yaradır. Quraşdırma zamanı çənin həcmi, obyektin su tələbatı, mərtəbə sayı nəzərə alınmalıdır. Periodik texniki baxış isə sistemin fasiləsiz işləməsini təmin edir.

Tarix:
Saat: